AZ

Klub rəhbərliyi baş məşqçiyə bir yaxşı hücumçu almadı ki…

«Qəbələ» rəhbərliyinin əli cibində olsun! Futbolçulara bir balaca ödəniş etmələri gərəkdir.

«Qarabağ»a qarşı 90 dəqiqə döyüşən 10 nəfər bunu haqq edir.

Axıtdıqları tərin əvəzini pul ödəməsi ilə almalıdırlar.

Prins Ovusu «Qarabağ»la oyunu ömrünün sonunadək unutmayacaq.

Qanalı hücumçunun özünü göstərmək istəyi çox, təcrübəsi azdır: 10-cu saniyədə qırmızı vərəqini bu üzdən aldı. «Qarabağ»ın önündə yaxşı təsir bağışlayıb diqqət çəkmək niyyəti vardı, aşırı həvəs bütün planlarını korladı.

Kaxaber Sxadadze hələ bir həftə öncə açıqlamışdı ki, «Qarabağ»ın qarşısına «avtobus parkı» ilə çıxmayacaqlar. Gürcü sözünü müəyyən qədər tutdu.

19 yaşlı Ovusu erkən qırmızı vərəqə almasaydı, «Qəbələ» bəlkə də daha tez-tez hücuma atılar, böyük qüvvə ilə arxaya çəkilməzdi.

Domi Massumo I Liqa səviyyəsində əla hücumçudur. Premyer Liqa bu afrikalının əyninə böyük gəlir.

Meydanda çox iş görür, çox şey edir, bir ondan - qoldan başqa. Baş məşqçi rəhbərliyi qınaya bilər ki, bəyəndiyimi almadız, məni Dominin ümidinə buraxdız, başqasını da tapmadız.

«Qəbələ» hər oyunda qol epizodu yaxalamaqda, əldə etməkdədir. Belə bir dərdi yoxdur Kaxanın.

Dərd bu fürsətlərdən istifadə faizindədir. O faiz də ki, çox aşağıdır.

ELXAN

Seçilən
3
sportinfo.az

1Mənbələr