Bu barədə Durov özü açıqlamasında deyib.
Onun sözlərinə görə, 2024-cü ildə Fransada saxlandığı zaman naməlum bir vasitəçi vasitəsilə Fransa kəşfiyyat orqanları ondan Moldovadakı bəzi Teleqram kanallarını bağlamağı istəyib.
"Bir neçə kanal həqiqətən də platforma qaydalarını pozurdu və onlar silindi. Vasitəçi mənə dedi ki, əvəzində kəşfiyyat orqanı mənim haqqımda həbs qərarı vermiş hakimə müsbət fikirlər çatdıracaq", - Durov bildirib.
Fransız rəsmilər hələlik Durovun açıqlamalarına münasibət bildirməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31