AZ

Heç bir məqsəd İsraili haqlı göstərə bilməz - Miçotakis

Heç bir hərbi məqsəd Qəzzadan bir milyondan çox insanın zorla köçürülməsini və orada yaşanan humanitar böhranı haqlı göstərə bilməz.

Axar.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis deyib.

Onun sözlərinə görə, Yunanıstan 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin özünü qorumaq hüququnu dəstəkləyib, lakin eyni zamanda, açıq şəkildə bildirib ki, insan hüquqlarının pozulması ilə müşahidə olunan ağır nəticələr könüllü ola bilməz.

Baş nazir qeyd edib ki, İsrailin qərarları nəticəsində beynəlxalq dəstəyin azalması və ölkənin öz maraqlarına zərər gəlməsi riski mövcuddur.

K.Miçotakis vurğulayıb ki, Yunanıstan “ikidövlətli həll” konsepsiyasına sadiq qalır və müstəqil, demokratik və təhlükəsiz Fələstin dövlətinin İsraillə yanaşı mövcud ola bilməsi istiqamətində çalışacaq.

Seçilən
10
3
axar.az

4Mənbələr