AZ

III MDB Oyunları: Azərbaycan stend atıcıları bürünc medal qazanıb

III MDB Oyunları çərçivəsinə Qəbələ atıcılıq mərkəzində stend atıcılığı üzrə yarış keçirilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, Azərbaycanlı idmançılar Cavid Həsənov və Cəmilə Paşayeva bu yarışda üçüncü olub.

Rusiyalı İlya Kuşaqin və Yelizaveta Yevqrafova qızıl, qazaxıstanlı Maksim Poşivalov və Lidiya Başarova gümüş medal qazanıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçirilir.
Seçilən
29
5
sherg.az

6Mənbələr