AZ

NATO bu Avropa ölkəsini işğal etməyə hazırlaşır: Rusiyadan sensasion xəbər

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin NATO-nun Moldovanı işğal etməyə hazırlaşması ilə bağlı verdiyi açıqlama (SVR) Avropada gərginliyi artırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “mk.ru” nəşri məlumat yayıb. Belə ki, NATO qüvvələrinin hazırda işğala hazırlaşması Moldovada gərginliyi artırıb.

Məlumatda bildirilir ki, Rumıniya ərazisində Moldova sərhədinə yaxın bölgələrdə alyansın hərbi hissələri cəmləşdirilib. Bununla yanaşı, Ukraynanın Odessa vilayətində xüsusi desant qüvvələrinin hazırlanmasına start verildiyi iddia olunur.

SVR-in məlumatına əsasən, bölgəyə artıq Fransadan və Böyük Britaniyadan hərbçilər gətirilib, onların əsas məqsədi isə həm Moldovanı, həm də Dnestryanı bölgəni təzyiq altında saxlamaqdır.

Qeyd olunur ki, bu məlumatdan sonra Moldova orduda ciddi təlimlərə başlayıb və Rusiya ilə sıx danışıqlar gedir.

Xatırladaq ki, Dnestryanı uzun müddətdir Moskvanın dəstək verdiyi ayrılıqçı rejimlə rəsmi Kişinyov arasında mübahisəli bölgə kimi qalır. Rusiya tərəfi dəfələrlə NATO-nun bölgədəki hərbi fəallığının regional sabitlik üçün təhlükə yaratdığını bəyan edib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
globalinfo.az

1Mənbələr