AZ

Çeçenistan sərhədində yenilik: Yalnız bu şəxslər ölkəyə keçə biləcək

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Çeçenistan rəhbəri Ramzan Kadırov Kremldən respublika sərhədlərinə bütün qeyri-rezidentlərin girişini məhdudlaşdırmaq icazəsi tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın insayder ictimai qrupları məlumat yayıb. Mənbələr bildirir ki, plan həyata keçərsə, əraziyə daxil olmaq istəyən xarici vətəndaşlar üçün yerli Daxili İşlər Nazirliyi tərəfindən vəsiqələr veriləcək.

Rəsmi izahda bu addımın səbəbi təhlükəsizlik risklərinin artması və digər regionlardan “ifşa olunan agentlərin” sayının çoxalması göstərilir. Təklif olunan tədbirlər qeyri-rezidentlərin nəzarətsiz hərəkətinin qarşısını almaq məqsədi daşıyır.

Mənbələrin iddiasına görə, Kremlin mövqeyi mürəkkəbdir: Mərkəz narahatdır ki, belə bir xüsusi rejim respublikanın sərhədlərini əslində daxili sərhəd nəzarətinə çevirə və Çeçenistanın muxtariyyətini gücləndirə bilər.

Bu, Rusiya Federasiyasının vahid məkanındakı nəzarət mexanizmləri və federal ərazi bütövlüyü məsələlərində əlavə gərginlik yarada bilər.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
globalinfo.az

1Mənbələr