AZ

Xərçənglə mübarizədə yeni dövr: Süni intellektlə erkən diaqnoz

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə xərçəngin erkən aşkarlanması istiqamətində mühüm addım atılıb. HAVELSAN və Qazi Universiteti Xəstəxanası arasında strateji əməkdaşlıq sazişi imzalanıb. Layihə çərçivəsində süni intellekt texnologiyaları patoloji nəticələrin təhlilinə tətbiq olunacaq.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, HAVELSAN tərəfindən hazırlanacaq süni intellekt əsaslı qərar dəstək proqramı vasitəsilə prostat, döş, yoğun bağırsaq və sidik kisəsi xərçəngi də daxil olmaqla müxtəlif orqanlarda rast gəlinən şiş növləri daha erkən mərhələdə aşkarlana biləcək.

Mütəxəssislər bildirirlər ki, bu yanaşma sayəsində diaqnoz və müalicəyə başlama prosesi xeyli sürətlənəcək. Beləliklə, süni intellektin müdafiə sənayesində tətbiqi ilə yanaşı, səhiyyə sahəsində də insanların həyatını xilas etməyə yönəldilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
baku.ws

2Mənbələr