AZ

“Kim yaxşı olacaqsa, o da meydana çıxacaq”

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Premyer Liqasının VI turunun “Turan Tovuz” – “Kəpəz” matçından (3:0) sonra meydamn sahibi komandanın baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun və nəticəsi barədə fikirlərini bölüşüb:

“Düşünürəm ki, uşaqlar oyuna yaxşı köklənmişdilər, intizamla, kobud səhvsiz oynadılar. Ümumən, qələbəyə layiq idilər”.

– Öz doğma mövqeyində oynamayan Faiq Hacıyevin bugünkü oyununu necə qiymətləndirirsiniz?

– Faiq ümumən yaxşı oynadı. Təəssüf ki, Enrike bugünkü oyunda zədə aldı, amma Faiqin oyunundan razıyam.

-Vadji əsas heyətdə niyə möhkəmlənə bilmir?

– Vadji dünən xəstə idi deyə məşq eləməmişdi. O, əsas heyətdə oynamağa hazırdır, amma dediyim kimi təəssüf ki, dünənki məşqi buraxdı.

– Komandanız liderliyə yüksəldi. İndiki durumda futbolçularınızdan razısız?

– Digər komandalarda olduğu kimi bizdə də müəyyən məsələlər var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmağa davam edəcəyik.

– Bu gün Faiq Hacıyevın cinahında Xorxe Silva oynadı, yaxşı da performans göstərdi. Faiqi qarşıdakı turlarda ehtiyat skamyada görə bilərikmi?

– Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha hazırda komandamız yaxşıdır. Oyunçularımız kifayət qədər var. Kim yaxşı olacaqsa, o da meydana çıxacaq.

Şahlar Ruhi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
futbolpress.az

1Mənbələr