AZ

Polşa səfirliyinə mərmi düşdü

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Polşanın Kiyevdəki səfirliyi Rusiya raketinin dağıntıları nəticəsində zədələnib.

"Unikal" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski məlumat yayıb. 

"Mərminin parçası və ya kiçik çaplı mərmi konsulluq bölməmizin damına düşüb, sonra mətbəxə daxil olub. Heç kim xəsarət almayıb", - Vronski bildirib.

O əlavə edib ki, insident səfirliyin fəaliyyətinə təsir göstərməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
5
unikal.az

7Mənbələr