AZ

III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunlarında gümüş medal qazanıblar.

90deqiqe.Az-ın məlumatına görə, Adil Əhmədzadə və Onur Quluzadə qoşa yarışların finalında rusiyalı Yevgeni Vasikov və Yevgeni Dosov cütü ilə qarşılaşıblar.

Rəqibə 3:0 hesabı ilə uduzan idmançılarımız ikinci yerlə kifayətləniblər.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
38
8
90deqiqe.az

10Mənbələr