AZ

Azərbaycan karateçiləri Avropa çempionatında 3 medal qazandı

Azərbaycan karateçiləri Macarıstanın Debresen şəhərində keçirilən şinkyokuşinkay üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

Sportal.az xəbər verir ki, yalnız finalda uduzan Balaəmi Əhmədov (60 kq) gümüş medal qazanıb. Solmaz Zeynallı (59 kq) və Səlahət Həsənov (80 kq) isə bürünc mükafata sahib çıxıblar.

Milli komanda qitə birinciliyində Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezident Allahverdin Rüstəmovun rəhbərliyi altında mübarizə aparıb. Allahverdi Rüstəmov və Samir Fərzəliyev ölkəmizi hakim kimi təmsil ediblər.

saytlarin hazirlanmasi

Seçilən
18
sportal.az

1Mənbələr