AZ

ABŞ-ın Türkiyədən "Bayraqdar"la bağlı xahiş...

ABŞ Türkiyənin "Baykar" şirkətinə öz ərazisində istehsalatın açılması xahişi ilə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Qeyd olunub ki, “Baykar” şirkətinə məxsus “Bayraqdar TB2” pilotsuz təyyarələri Konqresə təqdim edilən hesabatda Türkiyənin regional çəkindiriciliyinin simvolu kimi təsvir edilib.

Sənəddə Türkiyənin NATO-dakı rolu, Qara dəniz regionunda strateji yeri və müdafiə sənayesinin böyüməsi də vurğulanıb:

"Ukraynalıların müşahidə və hücum əməliyyatlarında "Bayraqdar" pilotsuz uçuş aparatlarından səmərəli istifadə etməsi Rusiya ordusunu təəccübləndirib. Bu dron 2022-ci ildə müharibənin gedişatını dəyişdi və Türkiyənin pilotsuz təyyarə istehsalında liderliyini nümayiş etdirir".

Seçilən
3
1
axar.az

2Mənbələr