AZ

Naxçıvan "Heirs of East" komandası VIII Respublika Robot Olimpiadasının qalibi olub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin "Heirs of East" komandası yeniyetmə və gənclər arasında keçirilən VIII Respublika Robot Olimpiadasında ROBOSport kateqoriyası üzrə qalib olub.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, komanda bu il noyabrın 26-28-də Sinqapurda keçiriləcək XXII Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.

Olimpiada Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə təşkil olunub.

Milli Gimnastika Arenasında 3 gün davam edən olimpiadada 8-19 yaşadək yeniyetmə və gənclər 4 kateqoriya - “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” üzrə yarışıblar. Ümumilikdə bu kateqoriyalar üzrə ölkənin 20 şəhər və rayonundan 252 komanda qeydiyyatdan keçib. Komandaların hazırlıq səviyyəsinin monitorinqindən sonra 153 komanda final mərhələsində iştirak etmək hüququ qazanıb.

Seçilən
17
1
ikisahil.az

2Mənbələr