AZ

III MDB Oyunlarının açılış mərasimi keçirilib -

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
    Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər.Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.Tədbir bədii hissə ilə davam edib.19:08Bir azdan III MDB Oyunlarının açılış mərasimi keçirilir. Metbuat.az xəbər verir ki, mərasim Azərbaycan Dövlət Televiziyası ilə canlı yayımlanır.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva III MDB Oyunlarının rəsmi açılış mərasimində iştirak edirlər.
    Açılış paradında Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.


    Seçilən
    23
    28
    metbuat.az

    10Mənbələr