AZ

Əfqanıstanda İŞİD-in fəaliyyəti dayandırılıb

Əfqanıstan Daxili İşlər Nazirliyi ölkədə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının fəaliyyətinin tamamilə dayandırıldığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Ölkənin Daxili İşlər Nazirliyinin bəyanatına görə, silahlı qruplaşmanın şəbəkəsi aradan qaldırılıb, təşkilatın özü isə təcrid olunub və artıq əhali üçün heç bir təhlükə yaratmır.

Qeyd olunub ki, İŞİD Əfqanıstandan kənarda fəaliyyətini davam etdirir, oradan koordinasiya və dəstək alır.

Seçilən
11
4
demokrat.az

4Mənbələr