AZ

Ana Vətən Partiyası şəhidlərimizi andı - FOTOLAR 

27 sentyabrda Ana Vətən  Partiyasının bir qrup üzvü xalqımızın şanlı Qələbəsinin rəmzi olan Zəfər Parkını ziyarət edib.

"Cebheinfo.az" xəbər verir ki, bu müqəddəs məkanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ruhuna ehtiram göstərildi, onların əziz xatirəsi yad olundu.

Partiyanın sədr müavini, deputat Günay Ağamalı bu barədə mətbuata açıqlama da verib:

"Zəfər Parkı xalqımızın igid oğul və qızlarının qəhrəmanlığının, dövlətimizin gücünün və Prezident, Müzəffər Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin parlaq təcəssümüdür.

Şəhidlərimizin ruhu qarşısında baş əymək, qazilərimizə ehtiram göstərmək hər birimizin vəfa borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Seçilən
93
cebheinfo.az

1Mənbələr