AZ

MDB Oyunları yalnız idman yarışları deyil — Sergey Lebedev

Bakı. Trend:

MDB-nin baş katibi Sergey Lebedev bazar günü Azərbaycandakeçirilən III MDB Oyunlarının təşkilatçılarını, iştirakçılarını vəqonaqlarını təbrik edib və bildirib ki, MDB Oyunları yalnız idmanyarışları ilə məhdudlaşmır.

Trend xəbər verirki, təbrikdə qeyd olunub ki, bu oyunlar idmanın dövrümüzün ən güclübirləşdirici qüvvəsi olduğunu bir daha göstərir.

Sergey Lebedev vurğulayıb ki, III MDB Oyunları Birlikölkələrinin idman hərəkatında əbədi iz qoyacaq və humanitarəməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

O, bütün gənc idmançılara idman uğurları, yeni rekordlar vəşəxsi yüksəlişlər arzulayıb.

“Qoy bu Oyunlar həm idman arenalarında, həm də ölkələrimizinrifahı naminə quruculuq işlərində yeni nailiyyətlərə ilham versin”,– deyə MDB-nin baş katibi yekunlaşdırıb.

Seçilən
7
2
az.trend.az

3Mənbələr