ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ukrayna Silahlı Qüvvələrinin infrastruktura endirdiyi zərbədən sonra Rusiyanın Belqorod vilayəti elektriksiz qalıb.
APA xəbər verir ki, bu haqda vilayətin qubernator Viçeslav Qladkov məlumat verib.
O həmçinin bildirib ki, elektrik enerjisinin olmaması ilə əlaqədar raket təhlükəsi və ya PUA hücumları barədə xəbərdarlıqlarda fasilələrin olması mümkündür.
Hücum nəticəsində azı 2 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.