AZ

Masazırda heç-heçə, "Turan Tovuz"dan qələbə

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulub. 

QOL.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib. 

İlk olaraq "Turan Tovuz" əzəli rəqiblərindən olan "Kəpəz"i qəbul edib. Qərb derbisi meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bununla da "Turan Tovuz" 12 xalla 1-ci, keçirdiyi 6 oyunun hamısında uduzan "Kəpəz" isə sonuncudur.

Günün və turun son matçı isə Masazırda olub. Burada "Sabah" "Sumqayıt"ı qəbul edin. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb. 

Beləliklə, "Sumqayıt" 11 xalla 4-cü, "Sabah" isə 8 xalla 7-cidir.


28 sentyabr

19:00. "Sabah" – "Sumqayıt" - 1:1 

Qollar: Coy Lens Mikels, 26 (1:0); Rüstəm Əhmədzadə, 35 (1:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Pərvin Talıbov.

"Bank Respublika Arena"

16:30. "Turan Tovuz" – "Kəpəz" - 3:0 

Qollar: Aleks Souza, 32; Joarlem Santos, 35; Filip Ozobiç, 46

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Kamran Əliyev.

"Azersun Arena"

26 sentyabr

"İmişli" - "Zirə" - 1:1

"Qarabağ" - "Qəbələ" - 2:0

27 sentyabr

"Neftçi" - "Karvan" - 0:0 

"Şamaxı" - "Araz-Naxçıvan" - 1:1 

Bombardirlər: 

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Olabe Roberto ("Turan Tovuz") - 2 qol

Coy-Lens Mikels ("Sabah") - 2 qol

Ceyhun Nuriyev ("Zirə") - 2 qol

İssa Cibrila ("Zirə") - 2 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Seçilən
21
12
teleqraf.com

10Mənbələr