AZ

ABŞ-ın Miçiqan ştatında yerləşən kilsədə atışma olub

ABŞ-ın Miçiqan ştatının Qrand-Blenk şəhərindəki kilsədə atışma baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Atışma nəticəsində bir neçə nəfər xəsarət alıb, atəş açan şəxs isə zərərsizləşdirilib.

Hadisədən sonra kilsəni alov bürüyüb. Yerli hakimiyyət orqanları vətəndaşları atışmanın baş verdiyi ərazidən uzaq durmağa çağırıb.

Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər isə hələ də davam etdirilir.

Seçilən
6
14
ikisahil.az

10Mənbələr