AZ

Azərbaycan üzərindən Gürcüstana 50 milyonluq heroin keçirən iranlı həbs olundu

İrandan Azərbaycan ərazisi vasitəsilə Gürcüstana 200 kiloqram heroin keçirməyə cəhd edən əcnəbi barəsində Tbilisi Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Mhkəmə Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edib.

İran vətəndaşı olan təqsirləndirilən şəxsin vəkili mətbuata açıqlamasında bildirib ki, müvəkkili özünü təqsirli bilmir.

Onun sözlərinə görə, nə yük maşını, nə də narkotik vasitələr həmin şəxsə məxsus olub.

İlkin istintaq zamanı müəyyən edilib ki, heroin Bolqarıstana ixrac üçün nəzərdə tutulub.

Xatırladaq ki, külli miqdarda narkotik Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində saxlanılan, balıq yemi ilə yüklənmiş yük maşınına baxış zamanı aşkarlanıb. Narkotik vasitə 8 kisədə gizlədilmiş formada tapılıb. Müsadirə edilmiş heroinin "qara bazar" qiyməti 50 milyon ABŞ dollarından çoxdur.\\qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
6
olaylar.az

7Mənbələr