AZ

Aralıq orucu tutanlara vacib xəbərdarlıq

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Son illərdə aralıq orucu həm sağlamlıq, həm də arıqlama məqsədilə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu pəhriz rejimini hər kəs eyni şəkildə tətbiq etməməlidir.

BAKU.WS xəbər verir ki, həkimlərin sözlərinə görə, aralıq orucu zamanı bədənin uzun müddət ac qalması maddələr mübadiləsini sürətləndirsə də, bəzi insanlarda başgicəllənmə, zəiflik və mədə problemlərinə səbəb ola bilər. Xüsusilə şəkərli diabet, qan təzyiqi və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən şəxslərə bu pəhrizi həkim nəzarəti olmadan tətbiq etmək qətiyyən tövsiyə edilmir.

Mütəxəssislər bildirirlər ki, oruc tutulan saatlardan sonra qəbul edilən qidaların keyfiyyəti çox önəmlidir. Pəhrizdə protein, lif və vitaminlərlə zəngin qidaların yer alması, su qəbulunun artırılması vacibdir. Fast-food və şirniyyat kimi ağır qidaların birdən-birə çox miqdarda yeyilməsi sağlamlığa ciddi zərər vura bilər.

Qeyd edək ki, aralıq orucu ən çox 16:8 sistemi (16 saat ac qalmaq, 8 saat ərzində yemək) ilə tanınır və hazırda dünyanın bir çox ölkəsində ən populyar qidalanma üsullarından biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
baku.ws

2Mənbələr