Rusiyanın Baş naziri Mixail Mişustin “Yerusəlim Post”un dünyanın ən nüfuzlu 50 yəhudisi siyahısına daxil edilib.
Axar.az xəbər verir ki, Mişustin siyahıda 18-ci yeri tutub.
İlk üçlükdə isə Baş naziri Benyamin Netanyahu, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və MOSSAD rəhbəri David Barnea qərarlaşıb.
Mark Zukerberq (33-cü yer) və Hollivud ulduzu Qal Qadot (45-ci yer) da siyahıda yer alıb.