AZ

İspaniya klubu azərbaycanlı uşaqları geri göndərir Adnan Əhmədzadənin həbsi ilə bağlı

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Artıq 2 ildən çoxdur ki, "Marset" Futbol Akademiyası ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasındakı əməkdaşlıq çərçivəsində 30-dan çox uşaq İspaniyada futbolun sirlərinə yiyələnir. 15-17 yaşlı uşaqlar həmin akademiyada yaşayır, öz yaş qruplarına uyğun liqalarda çıxış edir, həm də təhsillərini orada davam etdirirlər. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, iş adamı Adnan Əhmədzadənin həbsindən sonra "Marset" klubu azərbaycanlı uşaqları geri göndərmək qərarı verib. Buna səbəb ASTA-nın növbəti ay üçün ödənişləri etməməsidir. Oradakı uşaqların valideynlərinə mövcud durumla bağlı bildiriş olub. Ehtimal var ki, "Marset" ən istedadlı bir neçə nəfəri saxlasın. Oktyabrın 1-də İspaniya klubu yekun qərarını verəcək. 

ASTA-nın rəhbəri Rafael Bünyatov açıqlamalarında bu günə qədər bütün xərclərin Adnan Əhmədzadə tərəfindən qarşılandığını deyib. İş adamının həbs olunmasıyla ödənişlər dayandırılıb. 

Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
sportal.az

3Mənbələr