BAKI, 28 sentyabr. TELEQRAF
ABŞ-nin Miçiqan ştatının Qrand Blank şəhərində kilsədə atışma baş verib.
Teleqraf xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.
Silahlı şəxs daha sonra kilsəyə od vurub. Kilsənin tamamilə yandığı bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib.