AZ

III MDB Oyunlarının bürünc medalçısı: "Bayrağımızı digərləri sırasında dalğalandırmaq şərəfdir"

"III MDB Oyunlarında iştirak etmək çox böyük təcrübədir".

Azreform.info "Report"a istinadla xəbər verir ki, bunu III MDB Oyunlarında bürünc medal qazanan Azərbaycan stend atıcısı Cavid Həsənov jurnalistlərə açıqlamasında deyib.

"Bununla sonlanmır, növbəti nailiyyətlərə imza atmağa çalışacağıq. Maraqlı təcrübə oldu, ölkəmizi gələn yarışlarda daha yaxşı təmsil etmək istəyirik. Rəqiblərimiz kifayət qədər güclü idi. Biz də hazırlaşmışdıq, intensiv məşqlərimiz olmuşdu. Burada tam gücümüzü qoymağa çalışırıq. Yarışlar bitməyib, sabah da olacaq və biz də əlimizdən gələni edəcəyik. Bayrağımızı digər medalçılar sırasında dalğalandırmaq bizim üçün şərəf hissidir", - idmançı bildirib.

Qeyd edək ki, Cavid Həsənov stend atıcılığı üzrə yarışda bürünc mükafat qazanıb.

Seçilən
30
6
azreform.info

7Mənbələr