Konor Makqreqor: “Ağ Ev döyüşü üçün UFC ilə yox, ABŞ hökuməti ilə danışıram”

Offsideplus.az xəbər verir ki, irlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor diqqətçəkən açıqlama verib.

O bildirib ki, ABŞ-də keçirilməsi planlaşdırılan Ağ Ev döyüşü üçün danışıqları UFC ilə deyil, birbaşa Donald Tramp administrasiyası ilə aparır:

“Bu döyüş üçün hər zamankı kimi UFC ilə danışıqlar aparmıram. Mən Amerika Birləşmiş Ştatları ilə danışıram”, – deyə Makqreqor vurğulayıb.