AZ

FİFA futbol qaydalarını dəyişəcək

FİFA

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) penalti zərbəsi qaydalarını dəyişməyi planlaşdırır. Bildirilir ki,əgər qapıçı cərimə zərbəsini dəf etsə, oyun qapı zərbəsi ilə yenidən başlayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, dəyişiklik Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqindən sonra gələn mövsümdən etibarən qüvvəyə minə bilər.

FİFA nümayəndələrinin sözlərinə görə, əgər qapıçı cərimə zərbəsini dəf edərsə, sonrakı hərəkətlərdən asılı olmayaraq qapı zərbəsi təyin olunur. Bu, vəziyyətin ədalətliliyini və aydınlığını artırmalıdır.

Topun qapıçıya toxunmadan qapı dirəyindən və ya üst dirəkdən kənara çıxdığı vəziyyətlərin necə idarə olunacağı ilə bağlı hələ qərar verilməyib.

V. QULİYEV
Seçilən
23
reyting.az

1Mənbələr