BAKI, 28 sentyabr. TELEQRAF
Ukraynanın Xarkov vilayətində NATO-nun 9 zabiti həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə hərbi analitik Vladislav Şurıqin Telegram kanalında məlumat verib .
Onun sözlərinə görə, Xarkov yaxınlığında ABŞ, İsveç, Polşa, Cənubi Koreya,Avstraliya, Fransa, İtaliya və Hollandiyadan olan hərbçilər həlak olublar.
Bildirilir ki, onlar Rusiyanın Xarkovda təlim düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində ölüblər.