AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IV turun "Sumqayıt"la ev oyununun (1:0) 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevin meydana çıxması səbəbindən "İmişli"yə 0:3 hesablı texniki məğlubiyyət verib. Bununla yanaşı, klub 5 000 manat cərimələnib.
"İmişli" klubu AFFA İntizam Komitəsinin qərarından narazıdır.
Və bu səbəbdən apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarılan qərarların ağır olduğu və müvafiq hüquqi çərçivədə Apellyasiya Arbitraj Tribunalına şikayət təqdim ediləcəyi bildirilib.
Məqsəd ən azı pul cəzasından azad olunmaqdır.
Ancaq klub şikayət etməklə növbəti cəzanı almağın təməlini tökmüş olub.
Çünki qərarın dəyişmə şansı sıfıra bərabərdir.
Aran təmsilçisinin yol verdiyi xətanın cəzası qaydalarda açıq-aşkar əksini tapıb.
Apellyasiya şikayətinin təmin olunmamasının cəzası isə 1000 manatdır.
Bu isə o deməkdir ki, "İmişli" şikayət etməklə nəinki cəzadan azad olacaq, əksinə daha artıq cəzalanma ilə üz-üzə qalmış olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ