AZ

Netanyahu: 48 girovdan 20-nin sağ olduğuna inanıram

İsrail Baş nazir Benyamin Netanyahu Qəzzadakı 48 girovdan 20-nin hələ də sağ olduğuna inandığını bildirib.

Teleqraf xəbər verir ki, Netanyahu bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, İsrailin öz vətəndaşlarını girovluqdan azad etmək öhdəliyi var: "İndi dünyadakı hər bir ölkə HƏMAS-a bunu deməldir;girovların hamısını azad edin və silahlarınızı yerə qoyun. Əgər bunu etsəniz, müharibə dərhal sona çata bilər"

Qeyd edək ki, sentyabrın 29-da Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır.

Seçilən
26
teleqraf.com

1Mənbələr