AZ

Özcan Dəniz: Məni bir daha görməyə bilərsiniz

Türkiyə musiqisinin sevilən simalarından olan Özcan Dəniz dünən axşam İstanbuldakı çıxışı zamanı diqqətçəkən açıqlamalarla gündəmə gəlib. Məşhur müğənninin gözlənilməz sözləri pərəstişkarlarını narahat edib.

“İki sahil” "Milliyet"ə istinadən xəbər verir ki, 30 ilə yaxın karyerası ərzində saysız-hesabsız hit mahnıları, serialları və filmləri ilə milyonların könlünü fəth edən Dəniz emosional vida mesajı verib.

"Həyat məni heç vaxt istəmədiyim yerə sürükləyir. Arzuolunmaz hadisələrin olma ehtimalı yüksəkdir. Ola bilsin ki, məni bir daha görməyəcəksiniz. 30 ildir arxamda dağ kimi dayandığınız üçün sizə sonsuz təşəkkür edirəm", - o bildirib.

Qeyd dək ki, son zamanlar səhnə performanslarından çox şəxsi həyatı ilə medianın diqqət mərkəzində olan Özcan Dəniz hazırda qardaşı Ercan Dənizlə ailə problemləri yaşayır.

Seçilən
11
1
ikisahil.az

10Mənbələr