AZ

Bədən niyə uyuşur? Ürək sağlamlığı ilə bağlı ola bilərmi?

Əllərdə, ayaqlarda və bədənin müxtəlif hissələrində baş verən uyuşmalar çoxlarının yaşadığı haldır.

E-saglam.az xəbər verir ki, çox vaxt ayaqları üst-üstə qoymaq və ya uzun müddət hərəkətsiz qalmaq qan dövranını zəiflədir və sinirlərə təzyiq göstərir. Bu zaman yaranan qarıncalanma hissi keçici paresteziya adlanır və adətən bir neçə dəqiqə ərzində keçib gedir.

Lakin hər uyuşma zərərsiz deyil. Əgər hiss uzun sürürsə və ya tez-tez təkrarlanırsa, bu, sağlamlıqla bağlı daha ciddi problemlərin göstəricisi ola bilər.

Uyuşmaya səbəb ola biləcək hallardan bəziləri:

Sinir zədələnməsi: Diabet və vitamin çatışmazlığı ilə bağlı ola bilər.

Qan dövranı pozğunluqları: Periferik arteriya xəstəliyi qan axınının zəifləməsinə gətirib çıxarır.

Nevroloji xəstəliklər: İnsult və ya dağınıq skleroz kimi problemlərlə bağlı ola bilər.

Sinir sıxılması: Siyatik və ya karpal tunel sindromu zamanı müşahidə olunur.

Xəbərdarlıq əlamətləri:

Saatlarla davam edən uyuşma

Ağrı, yanma və hissiyat itkisi

Görmə pozğunluğu və ya çaşqınlıq

Sidik kisəsi və bağırsaq nəzarətinin itirilməsi

Ani başlayan uyuşma (insult əlaməti ola bilər)

Əksər hallarda uyuşma sadəcə mövqeyinizi dəyişməyiniz lazım olduğunu göstərir. Amma davamlı olduqda və əlavə simptomlarla müşayiət ediləndə mütləq həkimə müraciət etmək vacibdir. Bu, ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
8
e-saglam.az

1Mənbələr