Premyer Liqaa VI tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu matçda "Sabah" "Sumqayıt"ı qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
"Bayquşlar"ın heyətində Coy Lens Mikels 26-cı dəqiqədə fərqlənib. 35-ci dəqiqədə Rüstəm Əhmədzadə tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "gənclik şəhəri" təmsilçisi üçüncü pillədə qərarlaşıb. "Sabah" 8 xalla yeddincidir.
"Sabah" - "Sumqayıt" 1:1