AZ

Qurban Qurbanov, görün, nə dedi! - "Kopenhagen" haqda

"Bizim üçün çempionatda hər oyun vacibdir.

"Kopenhagen"lə matçı düşünmürdük.

Sadəcə ,ola bilər ki, heyət həmin oyuna görə formalaşıb. Çempionlar Liqası matçında 1-2 dəyişiklik ola bilər. Bunlar tam fərqli oyunlardır".

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Rəqiblər fərqlidir. Burada başqa cür hücumlar edirik, orada başqa fikirlər olacaq.

"Qəbələ" 5 müdafiəçi ilə oynayır, "Kopenhagen" isə 4 müdafiəçi ilə. Bəzən onlar da "beşli" müdafiə sistemində oynayır.

Dünən bu sistemlə oynadılar. Bakıda fərqli sistem ola bilər.

Futbolçuların idman formasında bir az balans yox idi. "Araz-Naxçıvan"la matçda rotasiyalar etmişdik. "Kopenhagen"lə oyunda futbolçuların hazırlıq səviyyəsi yaxşı olmalıdır”, - Q.Qurbanov qeyd edib.

Seçilən
7
sportinfo.az

1Mənbələr