Danimarkanın "Kopenhagen" klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turu çərçivəsində "Qarabağ"la oyuna hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"2 oyun və 2 qələbə ilə güclü bir həftə keçirdik. İndi Çempionlar Liqasında səfərdə "Qarabağ" gözləyir. Daha sonra isə 32 000 azarkeşin hazır olduğu Parkendə matçımız var".
Qeyd edək ki, "Kopenhagen" ÇL-də ilk oyununda "Bayer"lə heç-heçə edib (2:2), "Qarabağ" isə "Benfika" səfərindən 3:2 hesablı qələbə ilə qayıdıb.
"Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
View this post on Instagram