Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılangirovlardan 20-nin hələ sağ olduğuna inandığını bildirib.
Trend xəbər verir ki,Netanyahu bu fikirlərini "Fox News" telekanalına verdiyi müsahibədəsəsləndirib.
Ona HƏMAS tərəfindən tutulan 48 girovdan 20-nin sağolub-olmadığı barədə sual verildikdə baş nazir "Bəli, inanıram"cavabını verib.
O həmçinin bütün ölkələrə HƏMAS-a təzyiq göstərməyi tövsiyəedib.