Çinin Sıçuan əyalətində faciəvi hadisə baş verib.
Musavat.com xəbər verir ki, 5,8 kilometr hündürlüyə malik Nama zirvəsinə qalxan turist fotoya çəkilmək üçün alpinizm qrupunun ipindən ayrılıb. Lakin sərt qar üzərində ayağı sürüşən turist tarazlığını itirərək yamacdan aşağı yuvarlanıb.
Hadisə zamanı o, özünü bərkitməyə çalışsa da, dayana bilməyib və dərin uçuruma düşüb. Qrup yoldaşları isə dəhşət içində baş verənləri izləmək məcburiyyətində qalıblar.
Musavat.com