AZ

Tramp Heqsetin generallarla görüşünün səbəbini açıqladı

BAKI, 29 sentyabr. TELEQRAF

ABŞ-nin müharibə naziri Pit Heqsetin 30 sentyabrda Virciniya ştatında yerli generallar və admirallarla keçirəcəyi görüş onların döyüş ruhunu möhkəmləndirməyə yönəlib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Mən generallara demək istəyirəm ki, biz onları sevirik, onlar hörmətli liderlərlərdir, onlara güclü, qətiyyətli, ağıllı və mərhəmətli olmağı arzu edirəm. Hər şey hərbi birlik ruhundadır. Kiminsə bunu etməsinin vaxtı çatıb”, - ABŞ lideri "Reuters" agentliyinə müsahibəsində bildirib və özünün də görüşdə iştirak edəcəyini təsdiqləyib.

Seçilən
4
teleqraf.com

1Mənbələr