İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
İnsident sentyabrın 28-i saat 23 radələrində Talıstan kəndi ərazisində keçirilən toy mərasimində qeydə alınıb. Mərasimdə yaranan mübahisə dava ilə nəticələnib.
Nəticədə, 2002-ci il təvəllüdlü Elşən Babayev rayon sakinləri - 2005, 2007, 2008 və 1976-cı il təvəllüdlü şəxslərə bıçaq xəsarətləri yetirib.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən E.Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az