AZ

Öz həqiqətin - “MATRİX” sən düşündüyündən daha yaxındır

Zehnini oyatmadan  həqiqəti dərk edib azad ola bilməzsən. İnsan öz beyninə, öz zəka gücünə və ən əsası, öyrənməyi öyrənmək bacarığına sahib çıxdıqda,  insan süni intellekt və rəqəmsal sistemlərin köləsi deyil, onlar insanın aləti olur. Fərdi  “şüurun kommersiyalaşdırılması” , rəqəmsal əsirlikdən xilas olmaq idrakla mümkündür. Əks halda, texnologiya bizi azadlaşdıran deyil, əsarətə sürükləyən bir gücə çevrilir.

Bugünkü reallığımız da bu bənzətməyə yad deyil. Sosial media platformaları və alqoritmik idarəetmə mexanizmləri diqqətimizi, enerjimizi və hətta emosional dünyamızı istehlak edərək, insan zehnini bir “enerji mənbəyi”nə çevirir. İnsanın öz düşünmə gücünü texnologiyaya təslim etməsi isə onu azadlıqdan yox, asılılıqdan bəsləyən bir varlığa çevrir.

İnsan beyninin ən yüksək funksiyası olan Neokorteksin – təfəkkür, seçim və yaradıcı potensialın – yenidən dərk olunmasıdır. Məhşur “Matrix” əsərindəki, “Qırmızı həbmi, mavi həbmi?” sualı isə hər birimizin qarşısında dayanan seçimdir: həqiqəti və azadlığı seçmək, yoxsa alqoritmlərin təqdim etdiyi saxta rahatlığa təslim olmaq?

Unutmayaq ki, zehnini oyatmadan azad ola bilməzsən. İnsan öz beyninə, öz zəka gücünə və ən əsası, öyrənməyi öyrənmək bacarığına sahib çıxdıqda, süni intellekt və rəqəmsal sistemlər insanın köləsi deyil, aləti olur. Əks halda, texnologiya bizi azadlaşdıran deyil, əsarətə sürükləyən bir gücə çevrilir. Bu gün hər birimiz öz daxili oyanmaq çağırışı ilə üz-üzəyik. Seçim isə sadə, amma həlledicidir:

Həqiqəti seçib azad olmaq, yoxsa saxta komfortun cazibəsinə qapılmaq?

Öz zehnində Oyanmaq: Zehin, Texnologiya və Azadlıq vəhdətində insan azad və kamildir.

XXI əsrin ən aktual müzakirə mövzularından biri insan zehninin texnologiya qarşısında tutduğu mövqedir. Xüsusilə, süni intellekt və alqoritmik idarəetmə mexanizmlərinin gündəlik həyatın bütün sahələrinə nüfuz etməsi, insanın idrak sərhədləri, seçim azadlığı və sosial davranış formaları üzərində mühüm təsirlər yaratmaqdadır. Bu kontekstdə zehni oyanış müasir dövrün intellektual və fəlsəfi problemlərinin güclü metaforası kimi çıxış edir. Texnologiyanın Simulyasiya Reallığı bu oyanışa necə təsur edir?

Çoxları həqiqət olduğuna inandıqları, amma əslində süni intellektin yaratdığı bir simulyasiya içində yaşayırlar. Beyinləri alqoritmlərin idarəsinə təslim olunduğu üçün azad seçim imkanlarını itirmişlər. Bu təsvir, müasir dövrdə sosial media alqoritmlərinin insan davranışlarını yönləndirməsinə dair sosioloji və psixoloji tədqiqatlarla üst-üstə düşür. Araşdırmalar göstərir ki, insan diqqətinin iqtisadi dəyərə çevrilməsi, fərdi şüurun kommersiyalaşdırılması ilə nəticələnir (Zuboff, 2019).

Bəs idrakın oyanışı? Bu bütün fərdlərin bacara biləcəyi təkammüldürmü? Neo-nun Matrixdən qurtuluşu, əslində, insanın öz beyin potensialını – xüsusilə də idrak, düşüncə və yaradıcı imkanlarını yenidən xatırlaması kimi yozula bilər. Burada “qırmızı həb” və “mavi həb” simvolik sualının fəlsəfi mahiyyəti ortaya çıxır: insan həqiqəti və azadlığı seçə bilər, yaxud komfort illüziyasına təslim olaraq, alqoritmik idarənin obyektinə çevrilə bilər.

Öyrənməyi öyrənmək bacarığı isə bizə Allahın ən böyük mükafatıdır. Öyrənərək xoşbəxtliyə çatmağın əsas şərti zehnin oyanmasıdır. “Hər şeyi bilməmək xoşbıxtlikdir” cümləsi ağılsız  insanların təsəllisidir. İdrak fəlsəfəsi göstərir ki, insan yalnız öz şüuruna hakim olduqda, bildiklərini idarə edən subyektə çevrilir. Əks halda, bildiyini zənn etdiyi bilmədiklərindən yola çıxır və “həqiqət olmayan doğruları” insanın idarəçisi olur. Burada açar anlayış “öyrənməyi öyrənmək”dir – yəni insanın öz idrakını təkmilləşdirərək,  hər şey, həyatı, fəlsəfəni hətda rəqəmsal sistemləri alət kimi dəyərləndirmə gücünə çatır. Bu yanaşma, həm pedaqogika yəni bəşəri tərbiyə sistemində, həm də süni intellekt etikası üçün strateji əhəmiyyət daşıyır.

Müasir dövrün fəlsəfi çağırışı hər bir fərdin öz daxili Matrixindən oyanmasıdır. Bu oyanış yalnız həqiqətin kəşfi deyil, həm də insan beyninin imkanlarını tanımaq və onlara sahib çıxmaq prosesidir. Texnologiya qarşısında azadlıq, yalnız o halda mümkündür ki, insan öz şüurunun idarəçisinə çevrilsin. Əks təqdirdə, alqoritmik illüziyalar içində formalaşan “saxta komfort” insanın azad iradəsini zəiflədir.

Ruhəngiz Əlİyeva,

Pedaqogika üzrə fəlsəfə doktoru

Seçilən
14
ikisahil.az

1Mənbələr