AZ

KTMT bu silah növlərini əsas sənədlərə daxil edəcək

BAKI, 29 sentyabr. TELEQRAF

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilk dəfə yeni silah növlərini, o cümlədən hipersəs, lazer silahları və pilotsuz uçuş aparatı sistemlərini öz əsas sənədlərinə daxil edəcək.

Teleqraf xəbər verir ki, bu barədə KTMT Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Daimi Komissiyasının rəhbəri Anatoli Vıbornı bildirib.

“Hazırda xarici xüsusi xidmət orqanlarının, terrorçu və ekstremist qrupların Rusiyaya və KTMT üzrə qonşularımıza qarşı kəşfiyyat və təxribat fəaliyyəti dəfələrlə aktivləşib. Bizim üçün təhlükələrdən bir addım öndə olmaq üçün sıx əməkdaşlıq etmək və ən yeni silah növləri, kəşfiyyat məlumatları üzrə texnologiya və ekspertiza mübadiləsi aparmaq vacibdir”, - o deyib.

Seçilən
15
teleqraf.com

1Mənbələr