AZ

Rusiya və ABŞ arasında yeni danışıqlar keçiriləcək

BAKI, 29 sentyabr. TELEQRAF

Rusiya və ABŞ oktyabrda iki ölkə arasındakı “narahatlıq yaradan məsələlərin” aradan qaldırılması üçün yeni görüş keçirmək niyyətindədirlər.

Teleqraf xəbər verir ki, ABŞ-nin Moskvadakı səfirliyi "İzvestiye" nəşrinin növbəti ayda belə bir görüşün keçirilmə ehtimalı ilə bağlı sualı cavablandırarkən məlumatı təkzib etməyib.

“Biz gələcəkdə, hər iki tərəf üçün münasib olan vaxtda bu danışıqları davam etdirməyi planlaşdırırıq”, - diplomatik nümayəndəlikdən bildirilib.

Seçilən
6
teleqraf.com

1Mənbələr