AZ

"Qarabağ" futbol klubu AFFA və SOCAR-dan dəstək gözləyir

Azərbaycan çempionu “Qarabağ” oktyabrın 1-də Bakıda Çempionlar Liqasının ikinci turunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.

Qurban Qurbanovun komandası ilk turda Lissabonda “Benfika” üzərində 3:2 hesablı möhtəşəm qələbədən sonra diqqəti özünə çəkib.

Lakin klubun uşaq futbolu sahəsində vəziyyət narahatlıq doğurur.

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında “Benfika”ya 1:7 hesabı ilə məğlub olub. Bu nəticə Azərbaycanda uşaq futbolunun zəif durumunu bir daha göstərib.

Klubun əsas problemi isə akademiyasının olmamasıdır.

“Qarabağ” illərdir dövlət qurumlarından Suraxanıdakı bazasının yanında torpaq sahəsinin ayrılmasını xahiş edir.

Klub rəhbərliyi bildirir ki, akademiyanı öz vəsaiti ilə tikməyə hazırdır, lakin hələ də cavab almayıb.

Baş direktor Emrah Çelikelin sözlərinə görə, Suraxanıda boş sahə var və akademiyanın burada inşası klub üçün böyük üstünlük olacaq.

Amma AFFA və SOCAR hələ də kluba dəstək verməyib.

N.Təbrizli

Seçilən
4
1
anews.az

2Mənbələr