AZ

“Barselona” 81 illik rekordunu təkrarladı

İspaniya çempionatının 7-ci turu çərçivəsində “Barselona” öz meydanında “Real Sosyedad”ı qəbul edib. SİA xəbər verir ki, oyun Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Opta”nın məlumatına görə, “Barselona” son 44 matçının hər birində qol vurub (125 qol) və bununla da klub tarixindəki ən yaxşı seriyasını təkrarlayıb. Komanda bu göstəriciyə daha əvvəl 1942-ci ilin noyabrından 1944-cü ilin fevralınadək çatmışdı (44 oyun, 139 qol).

Seçilən
30
1
sia.az

2Mənbələr