AZ

ABŞ-da kilsəyə hücum - 4 ölü

ABŞ-ın Miçiqan ştatının Qrand-Blank şəhərində bir kilsədə atışma olub.

“ABC News”un məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, kilsə binası yandırılıb.

Hüquq-mühafizə orqanları bildiriblər ki, atəş açan şəxs zərərsizləşdirilib və artıq təhlükə yoxdur.

Polisin verdiyi açıqlamada bildirilir ki, şübhəli şəxs zərərsizləşdirilib.

Hadisə yerinə Federal Təhqiqat Bürosunun (FBI) və Alkoqol, Tütün, Atıcı Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Seçilən
42
3
herbiand.az

10Mənbələr