ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza sülh planı ilə bağlı razılaşmalar davam edir, lakin Fələstinin HƏMAS hərəkatı hələ də razılaşmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 28-də Amerikanın Axios onlayn portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat verib.
“Yüksək rütbəli ABŞ rəsmisi bildirib ki, xüsusi elçi Uitkoff və Kuşner arasında Netanyahu ilə danışıqlardan sonra ABŞ və İsrail Trampın Qəzzada müharibəni dayandırmaq planı ilə bağlı razılaşmaya çox yaxındır.
Rəsmi əlavə edib ki, HƏMAS-ın razılığı hələ də tələb olunur”, - Ravid X-də yazıb.