AZ

İtaliyanın XİN rəhbəri Zelenskinin “Rusiya təhdidi” barədə sözlərini təkzib edib

Taya­ni: İtaliya üçün təhlükəli heç nə yoxdur, dramatizasiya etməyə ehtiyac yoxdur...

Poliqon xəbər verir ki, İtaliya xarici işlər naziri Antonio Taya­ni Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın guya Avropa ölkələrinə, o cümlədən İtaliyaya pilotsuz uçuş aparatları ilə hücum edə biləcəyi barədə bəyanatını əsassız adlandırıb. Onun sözlərinə görə, Roma belə bir təhlükə görmür və Rusiya üçüncü dünya müharibəsinin başlanmasını istəmir.

“Buna tam əminəm və bütün italiyanları sakitləşdirmək istəyirəm”, deyə Taya­ni bildirib. Nazir əlavə edib ki, Zelenskinin sübutsuz açıqlamalarından sonra o, İtaliya müdafiə naziri Guido Krosetto ilə məsləhətləşmələr aparıb və nəticədə ölkə vətəndaşlarının narahatlığına əsas olmadığını vurğulayıb.

“Dramatizasiya etməyə dəyməz, ölkəmiz üçün narahatlıq doğuran heç bir məsələ yoxdur. Mən hər kəsi buna əmin etmək istəyirəm”, deyə diplomat qeyd edib.

Eyni zamanda, Taya­ni Kiyevi xəbərdarlıq edərək bildirib ki, Ukrayna sübuta əsaslanmayan iddialardan çəkinməlidir. Onun sözlərinə görə, əks halda Kiyev İtaliyadan dəstək gözləməkdə çətinliklərlə üzləşə bilər.

Xatırladaq ki, bir gün əvvəl Zelenski Rusiya tankerlərdən Avropa ölkələrinə qarşı pilotsuz aparatların buraxılması üçün istifadə etdiyini iddia etmişdi.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr