AZ

Saxta həkim Gülbadə Abdullayevanın əməliyyatında zərərçəkənlər var VİDEO

Əldə olunan məlumata görə, Gülbadə Abdullayeva heç bir tibbi təhsili olmadığı halda qadınlar üzərində qanunsuz estetik əməliyyatlar həyata keçirir.
Məlumatlarda qeyd olunur ki, Abdullayeva uzun illər saç ustası kimi fəaliyyət göstərib, lakin son dövrlər özünü “estetik həkim” kimi təqdim edərək əməliyyatlara başlayıb. Onun sosial şəbəkələrdə qadınların əməliyyatdan sonrakı görüntülərini paylaşdığı da vurğulanır.

Abdullayeva guya Avropada estetik cərrahiyyə üzrə təhsil aldığını iddia etsə də, həmin diplomların Azərbaycan Respublikasında tanınmadığını özü qeyd edib.

Mövcud faktlara əsasən, Abdullayevanın nə Səhiyyə Nazirliyi, nə də TƏBİB tərəfindən əməliyyat aparmaq üçün rəsmi səlahiyyəti yoxdur. Bu isə qanunvericiliyə görə birbaşa cinayət tərkibli əməl hesab olunur.

Qarşı tərəflə əlaqə yaratmaq cəhdimiz boşa çıxıb. Lakin qarşı tərəfidinləməyə, təqdim edə biləcəyi faktlarında həmin mövqeynə əlavə edərək dərc etməyə hazırıq.

https://www.tiktok.com/@bakunews.az/video/7550055874182630664?is_from_webapp=1&sender_device=pc&web_id=7442760529272243732




Seçilən
13
azia.az

1Mənbələr