AZ

Zaporojyedə Fukusima ssenarisi təkrarlana bilərmi?

Zaporojye Atom Elektrik Stansiyasında xaricdən elektrik təchizatının uzun müddət davam etməməsi səbəbindən Fukusima ssenarisinin təkrarlanacağı ilə bağlı Ukrayna mediasında məlumatlar yayılmaqdadır.

Axar.az xəbər verir ki, ukraynalı ekspert Mixail Şuster belə bir hadisənin baş verməyəcəyini bildirib:

"Beş gün əvvəl ruslar Zaporojye AES-in öz enerji təchizatını Rusiyanın elektrik enerjisinə çevirmək üçün əməliyyata başlayıblar. Zaporojye AES rəhbərliyi 2025-ci ilin sonuna qədər Kiriyenkoya (Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko) Rusiya standartlarına uyğun işə başlamağa söz verib. Bu, şəbəkəyə daxil olmaq demək deyil, ancaq müəyyən uğurlar göstərmək lazımdır".

Şuster əmin edib ki, Zaporojye AES Rusiya enerji şəbəkəsi ilə təchiz edilsə də, keçid açarları Ukraynanın əlindədir.

O, xatırladıb ki, ruslar əvvəllər Zaporojye AES-dən 2,8 km aralıda olan sonuncu elektrik xəttinin C fazasının Ukraynaya PUA-ları tərəfindən zədələnməsi barədə məlumat vermişdilər.

Seçilən
14
axar.az

1Mənbələr